Bakıda bomj yandı

Bakıda tüfeyli həyat tərzi keçirən şəxs yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 19-da saat 23 radələrində Suraxanı rayonu Suraxanı qəsəbəsi A.Rzayev küçəsində ümumi sahəsi 3 kvm. olan taxta konstruksiyalı tikilidə yanğın baş verib. Nəticədə tikili yanmış və orada yaşayan, tüfeyli həyat tərzi keçirən Xanlar Əliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31