Bakıda 31 dilənçi barəsində inzibati tədbir görülüb
20 Noyabr 2014 12:20 KriminalBakıda dilənçiliklə məşğul olan 31 şəxs barəsində inzibati tədbir görülüb. Onlardan 15 nəfəri uşaqdır. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dilənçiliklə məşğul olan 16 qadın, 15 azyaşlı olmaqla, barələrində inzibati qaydada tədbir görülüb. Onlar yaşadıqları rayonlara göndəriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31