49 yaşlı kişi özünü asdı

İntihar etdiyi kişinin ruhi xəstə olduğu bildirilir

Xaçmazın Xudat şəhərində intihar hadisəsi baş verib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Əliağa Şıxlınski ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1965-ci il təvəllüdlü Xanəhməd İyas oğlu Babayevin asılmış meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə Xudat şəhər polis bölməsi və prokurorluğunun əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı 49 yaşlı kişinin intihar etdiyi məlum olub. Onun ruhi xəstə olduğu və qeydiyyatda olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31