Yasamaldakı zavodda faciə: 21 yaşlı fəhlə öldü

Bakıda zavodda bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, zavodda fəhlə işləyən, 1993-cü il təvəllüdlü Əhməd Nəsrəddin oğlu Bağırov cihazda baş verən partlayış nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib. Yasamal Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31