Nəsimidə oğurluq edənə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Toğrul Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Toğrul Əzizov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Toğrul Əzizov Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31