Qadının evindən 40 min manat oğurlanıb

Gəncədə oğurluq edilib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Raya Hümbətova idarəyə müraciət edərək bildirib ki, noyabrın 15-də gecə evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər mənzilin giriş qapısının kilidini sındıraraq evə daxil olub və oradan 2200 manat dəyərində qızıl-zinət əşyaları, 39 300 AZN və 300 ABŞ dolları aparıblar. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31