Xızıda dəhşətli yol qəzası

1 nəfər öldü, 4 nəfər ağır yaralandı

Xızı rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 29-da gecə saatlarında baş verib.  Xızı rayonunun Giləzi kəndi ərazisində vətəndaşa məxsus "Opel" markalı minik avtomobili idarəetməni itirərək Giləzi çayına düşüb. Hadisə yerinə cəlb olunmuş FHN-in xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, sürücü Hacıyev Sahib Hüseyn oğlu hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişin isə xəsarət alıb.

Sürücünün meyiti və yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31