2 gizir yol qəzasında ölüb
Daha 2 nəfər ağır xəsarət alıb
30 Avqust 2012 14:01 KriminalFüzuli rayonunda ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Horadiz şəhəri ərazisində "VAZ-2106" və "VAZ-2107" markalı iki avtomobilin toqquşması nəticəsində iki hərbçi ölüb.Ölən hərbçilər "N" saylı hərbi hissənin gizirləri 1976-cı il təvəllüdlü Mərdan Mübariz oğlu Gözəlov və 1978-ci il təvəllüdlü Tural Telman oğlu Həsənovdur.Onların hər ikisi qəza zamanı "VAZ-2106"-da olub. Digər avtomobildə olan iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31