DİN Göyçaydakı qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Göyçayda kafedə baş verən qətl hadisəsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 18-də Göyçay şəhər sakini Ceyhun Quliyev rayonun Qarabaqqal kəndindəki kafedə münaqişə zəminində kənd sakini Mətləb Əkbərova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş M.Əkbərov ölüb.
Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Quliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31