Azərbaycana marixuana keçirən iranlı ələ keçdi

İrandan Azərbaycana narkotika keçirməyə cəhd edən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Masallı RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Masallı şəhərində İran İslam Respublikası vətəndaşı Seyid Abbas Musəvi Cəfəri Seyid İsmayıl oğlu dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qram tiryək, 250 qram marixuana və 1 ədəd kompas aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31