Saxta əskinas və narkotika alverçisi yaxalandı

Lənkəranda saxta əskinas və narkotik maddə satan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Namiq Həsənovdan 3 ədəd 100 dollarlıq saxta əskinas götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin əskinasları Girdəni kənd sakini Arzuman Mirzəyevdən alması müəyyən edilib. A.Mirzəyev tutulub, evinə baxış zamanı 572 qram marixuana və 28 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31