Millinin baş məşqçisi qətlə yetirilib

Gürcüstanın sambo üzrə yığmasının baş məşqçisi Arçil Çoxeli Dağıstandan ölkə ərazisinə soxulan silahlılarla atışmada həlak olub.Lent.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, 41 yaşlı mayor Arçil Çoxeli sambo üzrə ikiqat dünya çempionu və dəfələrlə Avropa birinciliklərinin mükafatçısı olub. O, xüsusi təyinatlı dəstədə qulluq edə-edə eyni zamanda idmançılar hazırlayıb. Arçil Çoxeli bir müddət əvvəl Gürcüstanın sambo millisinə baş məşqçi təyin edilib.Arçil Çoxeli idmançılarla birlikdə Moskvaya yarışa yollanmağa hazırlaşırmış. Lakin xüsusi təyinatlı dəstədəki vəzifəsi üzündən Rusiyaya viza ala bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31