Bakıda arvadını öldürən 74 yaşlı kişi MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən 1940-cı il təvəllüdlü Layiq Axundovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmə baxışı noyabrın 26-na təyin edilib. Layiq Axundov bu ilin avqustun 12-də, Xəzər rayonu Binə qəsəbəsində ailə-məişət münaqişəsi zəminində arvadı Lətifəni bıçaqlayaraq öldürüb. Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Layiq Axundov tutulub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31