Bakıda 18 yaşlı qızın meyiti tapıldı
Faktla bağlı araşdırma aparılır
19 Noyabr 2014 12:09 KriminalBakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş Karxanası küçəsi 73 ünvanında kirayədə yaşayan 1996-cı il təvəllüdlü Fərhadova Nərmin Nəriman qızı dəm qazından boğulub. N.Fərhadovanın meyiti bu gecə saat 23 radələrində yaşadığı mənzilin hamam otağında tapılıb. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31