26 yaşlı gənc qadını 10 yaşlı övladının gözü qarşısında zorladılar - ŞOK TƏFƏRRÜATLAR
30 Avqust 2012 11:14 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində zorlama və döymə cinayətlərində təqsirli bilinən Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü E. D. məhkəməsi başa çatıb.İttihama görə, E. D. 20011-ci ilin mayın 4-də gecə saat 3 radələrində sərxoş vəziyyətdə Ağsu rayonunun Cəlayır kəndində azyaşlı oğlu ilə tək yaşayan E. C. ilə zorla cinsi əlaqədə olmaq məqsədilə onun yaşadığı evə gəlib.E. D. evə daxil olaraq yataqda yatmış E. C. Qışqırmasın deyə əli ilə ağzından tutub, alışqan tutduğu digər əli ilə sinəsindən möhkəm basaraq qadının yataqdan qalxmasına imkan verməyib. E. D. ondan paltarını soyunmağı tələb edərək onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. Həmin vaxt E. C. yanında yatmış 10 yaşlı oğlu A. C. yataqdan qalxıb və onun üstünə tullanıb. O, azyaşlı oğlanın müqavimət göstərməsinə əhəmiyyət verməyərək öz cinayətkar qəsdini davam etdirib. Bu zaman E. D. qadınla zor gücünə cinsi əlaqədə olub.Anasının zorlandığını görən A. C. pəncərəyə tərəf gedərək səs-küy salıb və qonşusu N. Ə. köməyə çağırıb. E. D. yaranmış səs-küydən çəkinərək hadisə yerindən qaçıb.Məhkəmənin hökmü ilə E. D. 5 il müddətinə azadlıqdan məhrum edilib.