Bakıda 18 yaşlı qızın dəhşətli sonu

Qardaşı və anasını itirən qız intihar edib

Noyabrın 17-də Bakının Sabunçu rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Məhəmmədi qəsəbəsində 1996-cı il təvəllüdlü Abdulzadə Ləman Süleyman qızı özünü kirayədə yaşadığı evdə asıb. 18 yaşlı qız elektrik naqili ilə ayaqlarını çarpayıya bağlayıb. Daha sonra naqilin bir ucunu qapının əlcəyinə keçirən L.Abdulzadə özünü boğaraq intihar edib. Bildirilir ki, intihar edən 18 yaşlı qızın anası 3 ay əvvəl dünyasını dəyişib. Bundan əvvəl isə onun qardaşı vəfat edibmiş. Əslən Şəki rayonundan olan L.Abdulzadə atası ilə birlikdə Məhəmmədidəki evdə kirayə yaşayırmış. Dünən axşam saatlarında evə qayıdan Süleyman Abdulzadə qapının arxadan bağlandığını və qızının telefon zənglərinə cavab vermədiyini görüb. Qapını sındıraraq içəri daxil olan ata qızının intihar etdiyini görüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31