Bakıda cibgir əcnəbi yaxalandı

Bakıda oğurluqla məşğul olan Ukrayna vətəndaşı yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, BBPİ-nin Təhlükəsiz Şəhər Xidməti  və Nəsimi RPİ 22-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Leyla Mehdiyevanın içərisində 50 manat  sənəd və bankomat kartı olan pul kisəsini oğurlamış Ukrayna vətəndaşı Olqa Kavalenko tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31