Sabunçuda mağazadan 10 min manat oğurlandı

Bakıda mağazadan külli miqdarda pul oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da Rövşən Güləliyevə məxsus mağazadan 9328 manatını oğurlamış Bakı şəhər sakinləri Eltun Məmişov və Azər Qurbanov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31