Bakıda kran piyadanı vurub öldürdü
18 Noyabr 2014 15:49 KriminalBakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 17-də saat 09 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində İmişli rayon sakini Elşad Babayev idarə etdiyi "Lipheker" markalı kranla yolu keçən Emin Həsənovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Həsənov ölüb. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31