Şirvan şəhərində dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 17-də Şirvan şəhər sakini Xalidə Osmanovanın Xəqani küçəsində yaşadığı bağ evində küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31