Bakıda oğurluqla məşğul olan qız tutulub
18 Noyabr 2014 14:20 KriminalBakıda oğurluqla məşğul olan qız polis tərəfindən saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi, 25-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də saat 18.00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakini Badam Əliyevanın əl çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Səbinə Əliyeva yaxalanıb. S.Əliyeva ətrafında araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31