Mingəçevirdə 1 həftə əvvəl batan 13 yaşlı uşağın meyiti tapıldı
18 Noyabr 2014 11:49 KriminalMingəçevirdə 7 gün əvvəl batmış uşağın meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən ayydığı məlumata görə, "Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə" daxil olmuş məlumata əsasən, 11.11.2014-cü il tarixində, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalı ərazisində batmış, 2001-ci il təvəllüdlü Əvəzzadə Ömər Hikmət oğlunun cəsədi xilasedicilər tərəfindən sudan şıxarılaraq aidiyyəti üzrə təvil verilib. Əməliyyat saat 10:00-da başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31