Tanışını bıçaqladı, 9 il iş aldı
17 Noyabr 2014 17:42 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirli bilinən Xalıq Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Xalıq Rəsulov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Xalıq Rəsulov C Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub. O, ötən il Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Bir neçə il əvvəl mübahisə zəminində tanışını bıçaqlayan Xalıq Rəsulov axtarışda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31