Bakıda sabiq məhbus silahla yaxalandı

Bakıda silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına iastinadən yaydığı məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Elxan Əbdülovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31