Azərbaycanda rüşvət alan direktorlar işdən qovuldu
7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib
17 Noyabr 2014 16:16 KriminalBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər aparılıb. ANS PRESS-in BŞTİ-yə istinadla verdiyi məlumata görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 illik fəaliyyətinə dair hesabatında qeyd edilib. Bildirilib ki, aparılmış araşdırmalar nəticəsində qanun pozuntuları aşkar olunub. Faktlar barədə təqdimatlar əsasında 7 məktəb direktoru və 3 direktor müavini tutduğu vəzifədən azad edilib. Bununla yanaşə, 32 məktəb direktoru və 16 direktor müavini intizam məsuliyyətinə cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31