Bakıda qadını qarət edən mütəşəkkil dəstə yaxalandı

Bakıda qadını qarət edən şəxslər yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 16-da paytaxtın Nizami rayonu H.Əliyev prospektində şəxsiyyəti məlum olmayan 4 nəfər Tovuz rayon sakini Vüsalə Əliyevaya zor tətbiq edərək  içərisində 30 manatı və 5 türk lirəsi, habelə kosmetik əşyaları olan çantasını alıb hadisə yerini tərk edib. Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri Nicat Məmmədov, Rövşən İsayev və Ağsu rayon sakini Vüsal Həmzəyev tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31