Bakıda adam oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirildi

Azərbaycanda adam oğurluğu ilə məşğul olan dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə idarələri və Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayının 11-dən 14-dək olan müddətdə Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb öldürəcəkləri ilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb etmiş həmyerliləri Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulub. Faktla əlaqədar cinayət işi başlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31