Bakıda iki nəfər yanaraq öldü
17 Noyabr 2014 14:33 KriminalBakıda yanıq xəsarətləri almış iki nəfər xəstəxanada ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 12-də yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Bakı şəhər sakini Əziz Kərimov noyabrın 16-da orada ölüb. Bundan başqa noyabrın 15-də Səbail rayon sakini Nazilə Yedizarova evindən termiki yanıq (isti su) xəsarəti ilə xəstəxanaya gətirilib və noyabrın 16-da ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31