Noyabrın 16-da Beyləqan rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, rayon sakini Tünzalə Bayramova işlədiyi Orta Əlinəzərli kəndindəki fermada ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31