Bakıda itkin düşmüş iki xanım evlərinə qayıdıb

Bakıda itkin düşmüş 13 və 42 yaşlı xanımlar evlərinə qayıdıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, oktyabrın 23-də saat 13:40 radələrində itkin düşən Sulutəpə qəsəbə sakini, 2001-ci il təvəllüdlü Mənsurə Abışova, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində isə noyabrın 10-da saat 17:30 radələrində itkin düşən Ramana qəsəbə sakini 1972-ci il təvəllüdlü Tamilla Poladova evə qayıdıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31