Çörəyin içərisində telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, AR CM-nin bir neçə maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ramin Tahir oğlu Məmmədova dostu Murad Valis oğlu Nağıyevin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, baxış zamanı "Eti Mek" qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş iki ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31