Gömrükçülər qanunsuz narkotika aşkarladı

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Əməliyyat İdarəsində yaradılmış əməliyyat qrupu DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində birgə əməliyyat tədbirihəyata keçirmişlər. Əməliyyat zamanı Azərbaycan Respublikasının vətəndaşı Rzayev Elməddin Elman oğlu şərti alıcıya bir ədəd polietilen torbanın içərisində olan narkotik vasitəni-həşiş qətranını satarkən əməliyyat qrupu tərəfindən saxlanılmışdır.Baxış zamanı bir ədəd polietilen torbanın daxilindən on bir ədəd müxtəli ölçülü, dördkünc formalı, şəffaf polietilenə bükülmüş spesifik rəngə və qoxuya malik,ümumi çəkisi4 kiloqram 600 qram olan narkotik vasitə həşiş qətranı aşkar olunaraq protokol əsasında götürülmüşdür. Fakt üzrəilkin araşdırılma zamanı Rzayev Elməddin Elman oğlu izahat verərək törətdiyi qanunsuz əməlləri etiraf etmiş, aşkar olunmuş külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə edərək satmaq məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdiyini bildirmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31