Bakıda 10 yaşlı oğlanın faciəvi ölümü ilə bağlı yeni məlumat
17 Noyabr 2014 12:47 KriminalNoyabrın 14-də Bakıda azyaşlı oğlanın neft quyusuna düşərək ölməsi barədə məlumat vermişdik. Lent.az-ın məlumatına görə, hadisə Ramana qəsəbəsində yeni salınmış Şuşa şəhərciyində baş verib və 10 yaşlı Vüsal Cavanşirov istismar edilməyən neft quyusuna düşüb. Bildirilir ki, hadisə vaxtı 10 yaşlı V.Cavanşirov kiçik qardaşı ilə evlərinin yaxınlığındakı ərazidə oynayırmış. Bu zaman o, ehtiyatsızlıq nəticəsində diametri 8-10 metr, dərinliyi 7-8 metr olan quyuya yıxılıb. Kiçik qardaş ağlaya-ağlaya evə qaçıb, lakin artıq gec olub və 10 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb. V.Cavanşirovun meyiti hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən quyudan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31