Bakıda yoxa çıxan 13 yaşlı qız 23 gün sonra tapıldı

Bakıda itkin düşən yeniyetmə qız tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, oktyabrın 23-də saat 13:40 radələrində, itkin düşən, Sulutəpə qəsəbə sakini, 2001-ci il təvəllüdlü Mənsurə Abışova tapılıb. 13 yaşlı qızın evə qaytarılması təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31