18 yaşlı gənc 20 yaşlı gənci öldürüb

Xaçmaz rayonunda qətl hadisəsi baş verib. 20 yaşlı Xaçmaz rayon sakini, Nəbiyev Polad Rafiq oğlu qətlə yetirilib. Hadisə Xaçmaz peşə məktəbinin qarşısında baş verib. Keçirilən əməliyyat -axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 18 yaşlı Xaçmaz rayon sakini Əlihəsən İlqar oğlu Fətullayev saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Hadisəni törətməkdə təqsirli bilinən şəxs nənəsinin qızıl zinət əşyalarını oğurladığına görə məhkum olunub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31