Bakıda əcnəbi qadın qarət edildi

Bakıda xarici ölkə vətəndaşı qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Ukrayna vətəndaşı Nadejda Liaşevaya zor tətbiq edib içərisində 57 manatı, mobil telefonu və sənədi olan çantasını almış Kürdəmir rayon sakini Xalid İsmayılov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31