Xaçmazda qətl
14 Noyabr 2014 15:23 KriminalXaçmaz sakini həmkəndlisini öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 13-də Xaçmaz şəhərində şəhər sakini Əlihüseyn Fətullayev münaqişə zəminində Köhnə-Xaçmaz kənd sakini Polad Nəbiyevə bıçaqla xəsarət yetirib, P.Nəbiyev hadisə yerində ölüb. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Fətullayev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31