Bakıda sərxoş sürücü yol polisini vurdu
14 Noyabr 2014 15:16 KriminalBakıda yol polisinin vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 14-də saat 01 radələrində Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü saxlanılmış, onun sərxoş halda olması müəyyən edilib. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31