Manyak arvadının azadlığa buraxılması ölkəni qarışdırdı
İctimaiyyət qadının sərbəst olmasından narahatdır
29 Avqust 2012 16:52 KriminalBelçikada ən qəddar manyak pedofillərdən birinin həyat yoldaşının azadlığa buraxılması ölkə əhalisinin ciddi narazılığına səbəb olub. "OLAYLAR"ın xarici mətbuata istinadən yaydığı məlumata görə, 52 yaşlı Mişel Martin azadlığa şərtlə buraxılıb. Mişel Martin bundan sonra həyatının qalan hissəsini monastrda keçirəcəyinə söz verib və bu şərtlə də azadlığa buraxılıb. Belçika ictimaiyyəti isə qadının sərbəst qalmasından ehtiyatlanaraq onun göz altına alınmasını tələb edir. Əhali həmçinin qadının monastrda saxlanılmasına ildə 100 min avronun xərclənməsinə etiraz edib.
Qeyd edək ki, Mişel Martin 2004-cü ildə manyak həyat yoldaşına azyaşlıları oğurlamaq və zorlamaqda yardım etməkdə və cinayəti bilib gizlətməkdə günahlandırılaraq 30 il müddətinə azadlıqdan məhrum edilib. Qadın ümumilikdə 16 il həbsdə yatıb. Onun həyat yoldaşı isə ömürlük azadlıqdan məhrum edilib.