Məhkumlar əməyə cəlb olunacaq

Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu məqsədlə 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixana istifadəyə verilib. Yeni təşkil olunmuş istehsalat sahəsi 20 nəfərədək məhkumun əməyə cəlb edilməsinə şərait yaradacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31