“Emrooz” yuyucu tozunun içərisindən marixuana çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs İlham Gülməmməd oğlu Məmmədova qardaşı, Gəncə şəhər sakini Fikrət Gülməmməd oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı "Emrooz" yuyucu tozunun içərisində xüsusi üsulla gizlədilmiş, xalis çəkisi 2.43 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31