Azərbaycanlı qızları Türkiyəyə aparan qadın MƏHKƏMƏ QARŞISINDA
13 Noyabr 2014 18:43 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alverində təqsirli bilinən Minə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Qapalı keçirilən prosesdə ifadə verən Minə İsmayılova özünü qismən təqsirli bilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Minə İsmayılova bu ilin iyunun 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həbs edilib. Minə İsmayılova gəlir əldə etmək məqsədilə azərbaycanlı qadınları Türkiyə Respublikasının İstanbul şəhərinin Aksaray rayonuna apararaq cinsi istismara məruz qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31