Dövlətə xəyanətdə təqsirləndirilənlər MƏHKƏMƏ QARŞISINDA
13 Noyabr 2014 16:42 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşları - Faiq Qurbanov və Seymur Rzazadənin cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilirlər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31