Bakıda Lənkəran sakini külli miqdarda marixuana ilə yaxalandı

Bakıda daha bir narkotika alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Dəyanət Əliyevdən 8 kiloqram 200 qram marixuana götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31