Bakıda 72 yaşlı rus qadın evində ölü tapıldı
13 Noyabr 2014 12:39 KriminalBakıda 72 yaşlı qadın köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü Abbarinova Olqa Mixayilovna köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin eyvanının dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaşın vəfat etdiyi müəyyən olunub. O.Abbarinovanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:31-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31