Rusiyada Azərbaycan vətəndaşı dəm qazından zəhərlənərək ölüb

Rusiyada Azərbaycan vətəndaşı söndürülməmiş siqaretin qurbanı olub. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Naberejni Çelnı şəhərində baş verib. Yanğınsöndürənlər yanğın baş vermiş mənzilə daxil olarkən otaqların birində 1956-cı il təvəllüdlü şəxsi huşsuz vəziyyətə aşkarlayıblar. Həmin şəxs xəstəxanaya aparılarkən yolda keçinib. Həkimlər azərbaycanlının dəm qazından boğulduğunu deyiblər. Hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, həmin şəxs Naberejni Çelnıda fəhlə işləyirmiş və onun yaşadığı mənzildə yanğınlar tez-tez baş verirmiş. Yanğına səbəb söndürülməmiş siqaretin olduğu bildirilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31