Siyəzən sakininin həyətindən 110 kilo mis oğurlandı

Siyəzən rayonda oğurluq hadisəsi baş verib. Bu barədə axili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon sakini Əlməmməd Aşumovun həyətindəki yardımçı təsərrüfatdan 110 kiloqram mis tullantılar oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Fariz Muradov tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31