Bakıda itkin düşmüş 9 nəfər tapılıb
12 Noyabr 2014 13:24 KriminalBakıda itkin düşmüş 9 nəfər polisin keçirdiyi tədirlər nəticəsində evlərinə qayıdıb. Onlardan 7 nəfəri qadındır. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Fərid Abbasov, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, Günay Abdullayeva, Esmira Əliyeva, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Şəlalə Quluzadə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüşlər - Əfsanə Mirzəyeva, qızları Fatimə, Zilan və oğlu Səid, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, itkin düşmüş Samirə Gənciyeva evlərinə qayıdıblar.