Sarkisyanın qatili Azərbaycanda gizlənir

Novosibirsk vilayət məhkəməsi erməni iş adamının qətli ilə bağlı işə baxıb

Rusiyada azərbaycanlı Arsena Sarkisyan adlı erməninin qətlində iştirak etdiyinə görə 8 il azadlıqdan məhrum edilib. Anspress-in məlumatına görə, Novosibirsk vilayət məhkəməsi "Аstreya" ayaqqabı şirkətinin sahibinin qətli ilə bağlı işə baxıb. Prosesdə yeganə müqəssir azərbaycanlı Ramil Hüseynov olub. O, qatilini hadisə baş verən yerə gətirib və sonra geri aparıb. Azərbaycanlıya bu əməlinə görə, 8 il iş kəsilib. Məhkəmənin qərarında qeyd olunur ki, 2012-ci ilin dekabrın 4-də erməni iş adamı yaşadığı evdə güllələnib. Üç güllə xəsarəti ilə xəstəxanaya aparılan şəxs təxminən bir sutka əməliyyatda saxlanılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər. Novosibirsk vilayət prokurorluğu faktla bağla cinayət işi açıb və istintaq aparılıb. 2013-ci ilin yazında hüquq-mühafizə orqanlarının əməkdaşları 34 yaşlı Ramil Hüseynovu saxlayıblar. İstintaqın nəticəsinə görə, o, öz avtomobili ilə qatili hadisə yerinə gətirib. Qatil Cavid Niftiyev və vasitəçi Rəhimə Xəlilova barəsində isə axtarış elan edilib. Bəzi məlumatlara görə, onlar Azərbaycanda gizlənirlər. Cinayətin motivini aydınlaşdırmaq, həmçinin qətlinin sifarişçisini müəyyən etmək hələlik mümkün olmayıb. İstintaq nəticələrinə görə, sifarişçi iş adamını aradan qaldırılması üçün 450 min dollar pul ödəyib. Bu puldan 1,2 milyon rublu (20 min AZN) isə sürücü R.Hüseynova xərclənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31