Xətaidə yarımstansiya yanıb

Bakı şəhəri, Xətai rayonunda "Bakıelektrikşəbəkə" ASC-yə məxsus 214 saylı yarımstansiyanın ərazisində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nətəcədə yarımstansiyanın ərazisində yerləşən ümumi sahəsi 200 kv.m olan tikilinin içərisində quraşdırılmış gücü 6 kVt olan transformatorun çıxış kabeli 1 p.m yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31